Cennifer Lopez Antalyada "ultra lüks mağara"da qalacaq — FOTOLAR

ŞOU-BİZNES 10 iyul 2025, 16:38
Dünyaca məşhur ulduz Cennifer Lopez illər sonra Türkiyəyə səfərə hazırlaşır və bu səfər böyük səs-küy doğurub. 

Demokrat.az
xəbər verir ki, 23 iyul tarixində Antalyada səhnəyə çıxacaq Latın divası həm konsert hazırlıqları, həm də qalacağı məkanla indidən gündəmin əsas mövzularından birinə çevrilib.

Antalyadakı əvvəlki konsertində "Crown Villa"da qalan Cennifer Lopez bu dəfə daha iddialı bir seçim edib. Məşhur ifaçı bu səfərində 3 min 500 kvadratmetr sahəyə malik və “Cave” (“Mağara”) adı verilən ultra lüks villada qalacaq. Adı ilə uyğun şəkildə gerçək mağara quruluşuna sahib bu təsirli villada eyni anda 14 nəfər qala bilir.

Villanın içində 6 fərqli geyim otağı, hovuz üstü bar, sauna, xüsusi kino zalı və kamin kimi detallara yer verilib. Lopez üçün hazırlanan xüsusi kolleksiyada isə adının baş hərfləri işlənmiş yataq dəstləri və xalatlar yer alır.

Məşhur ulduz Antalya konserti üçün 85 nəfərlik heyətlə birlikdə ölkəyə gələcək. Səhnədə isə 50 rəqqasla birlikdə möhtəşəm bir şou üçün hazırlıqlar görülür. Səhnəyə çıxacağı gün 35 mahnı ifa edəcək ulduz hər detalın qüsursuz olması üçün ciddi məşq proqramı həyata keçirir. Gündə 8 saat fərdi məşqlər edən Lopez 42 nəfərlik xoreoqrafiya komandası ilə birlikdə gündəlik 6 saat ümumi məşq edir.

Jalə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 iyul 2025, 19:51
Top