Prezident Tramp Ukraynada müharibəni bitirmək üçün əlindən gələni edəcək.
AzPost bildirir ki, bu barədə ABŞ dövlət katibi Rubio keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Trampı insan tələfatı çox narahat edir: “Məsələn, bu ilin yanvarından bəri Rusiya 100 minə yaxın əsgərini itirib. Bu saya yaralılar yox məhz ölülər daxildir”.
Rubio deyib ki, Ukrayna tərəfi daha az, lakin yenə də əhəmiyyətli sayda itkilər verib: “Prezident müharibəni sevmir. O, müharibələrin pul və insan həyatını itkisi olduğuna inanır və onların bitməsini istəyir”.
“Biz savaşı bitirmək istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Biz başa düşürük ki, belə proseslər vaxt və səbir tələb edir” – deyə Dövlət Katibi Marko Rubio vurğulayıb.