Rüçhan Çamay vəfat etdi

GÜNDƏM 10 iyul 2025, 19:51

“Para Para Para!”, “Ne Haber” və “Gönlüm Çok Zengin” mahnıları ilə tanınan türkiyəli musiqiçi və aktrisa Rüçhan Çamay 94 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda sənətçinin qızı Melike Demirağ sosial şəbəkədə məlumat verib.

“Anam, ömür dostum, yoldaşım. Sənsiz çox çətin olacaq”, - deyə o bildirib.

Qeyd edək ki, “Rüzgarlı Bir Akşam Üstü”, “Gölgen Yeter Bana”, “İncinen Hatıralar”, “O Adam”, “Babam Gibi”, “Gönlüm Çok Zengin” və s. mahnıları səsləndirən sənətçi “Aşk ve Kin”, “Zorla Evlendik”, “İstanbul Geceler”, “Yuvamı Yıkamazsın” kimi filmlərdə rol alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top