“Twitter Blue” nə vaxt bərpa ediləcək?

SOSİAL MEDİA 13 noy 2022, 11:26
Twitter Blue premium abunəliyi gələn həftənin sonunda bərpa olunacaq.

Demokrat.az
APA-ya istinadən bildirir ki, bu açıqlamanı amerikalı iş adamı İlon Mask "Twitter"də istifadəçinin abunə ilə bağlı sualını cavablandırarkən deyib.

"Yəqin ki, gələn həftənin sonuna qədər bərpa olunacaq" deyə Musk Twitter hesabında yazıb.

Twitter Blue abunəçilərə premium funksiyalara giriş imkanı verən aylıq ödənişli abunədir.

Qeyd edək ki, Mask oktyabrın 28-də Twitter-in tam sahibi olub. O, bundan dərhal sosial şəbəkədə genişmiqyaslı islahatlara başladı və şirkətin direktorlar şurasını buraxıb.

Lakin sonradan sosial şəbəkənin alınmasının Maskı 70 milyard dollar ziyana saldığı barədə məlumatlar yayılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top