Azərbaycanlı aparıcıdan İranın “Səhər” kanalına tutarlı cavab! “Biz tarixi faktlarla danışırıq” (VİDEO)

MEDİA 11 noy 2022, 17:35
İranın “Səhər selamı” adlı proqramında salamlaşma zamanı aparıcıların söylədiyi- heç bir tarixi əsaslara söykənməyən sərsəm fikirlərə yerli telekanallar tərəfindən cavab gecikmədi. 

Verilişə salamlaşma ilə başlayan, Azad Azərbaycan TV-nin “ATV SƏHƏR” proqramının aparıcısı Maya İmran iranlılara tarixi faktlara əsaslanan nitqi ilə cavab verib. 

 “Dişin ağrıyır, çək qurtar,

Qonşun pisdir, köç qurtar” deyib atalarımız! Amma mövzu Vətəndirsə, biz Vətəndən bir addım belə geri çəkilmərik, bizim zamanla hər qonşumuzda əsir qalan parçalarımız var, sadəcə! 

Qoy bu salamımı bizi ekran qarşısında əyləşən, tarixi ədalətsizliyin kiçildib 86,6 min kv kilometr etdiyi ərazidə yaşayan azərbaycanlılar eşitməsin təkcə!
Qoy salamımız cənub qonşularımızın özləri qədər sevdiyi, onları yalana təhrik edəcək qədər böyük, AZƏRBAYCAN əsilli ölməz Şəhriyarımızın HEYDƏRBABA dağında eşidilsin: “Hər içiboş sözlərə aldanmamağı” tapşırmışdı Şəhriyar!

Aldanmırıq! Nİyətimiz, sadəcə, həqiqətə inandırmaqdır! Nəsillər dəyişsə də, tarix dəyişmir, dilini eşitdiyi hər nöqtəyə, hər şəxsiyyətə mənimdir deyənlər! 
Cəmi 2-cə əsr keçib! 1828-ci ildə "Türkmənçay" müqaviləsi ilə Arazın güneyindəki 210 min kv. km. ərazini İrana-cənub qonşularımıza bağışladığımızdan! 
Və o tarixə qədər çoxdan “BİZİMDİR!” dediyiniz Sədi Şirazi elə Sədi təxəllüsü ilə öz dilimizdə- azərbaycan dilində qəzəl yazmışdı! Onda çoxdan bizimdir dediyiniz Nizami Gəncəvimiz 1139-cu ildə Gəncədə, öz doğulduğu yerdə baş vermiş zəlzələ haqqında “Sirlər xəzinəsi”ndə qeyd etmişdi! 

Qoy Dəli Kürüm qəzəblənməsin, Xan Arazım həsrət çəkməsin, mavi Xəzərim bulanmasın! Əlbət o gün də gələcək!- 3 gün öncə Şuşaya qovuşmağın sevincini o taylı-bu taylı Azərbaycan olaraq yaşadığımız kimi, bir gün bu taylı - o taylı azərbaycanlıların ortaq arzularının reallaşmağının da sevincini yaşayacağıq”! 

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top