Media nümayəndələri üçün təlim keçirilib

MEDİA 10 iyul 2025, 17:13
İyulun 9-da Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun və  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə həyata keçirilən yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə media nümayəndələri üçün təlim keçilib.

Demokrat.az xəbər verir ki, təlim iştirakçılarına ölkəmizdə əhalinin mənzil təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizmləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, cari ilin 1 iyul tarixinə ipoteka kreditləşməsi hesabına 54816 ailə və satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə isə 7280 ailə mənzil şəraitini yaxşılaşdırıb. Onların 60 faizindən çoxunu gənclər və gənc ailələr təşkil edir.

Qeyd edilib ki, Fondun zəmanəti ilə sahibkarlara müvəkkil banklar tərəfindən 590 milyon manatdan artıq kredit verilib.

Təlim zamanı mövzular üzrə ətraflı müzakirələr təşkil olunub, jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Sonda media nümayəndələrinə sertifikatlar təqdim edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 iyul 2025, 19:51
Top