Mixail Qusman İlham Əliyevin medianın inkişafına töhfəsi haqqında konfrans keçirməyi təklif edib

MEDİA 08 iyul 2025, 15:56
TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman cari ilin noyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin medianın inkişafına verdiyi töhfəyə həsr olunmuş konfrans keçirilməsini təklif edib.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, bu barədə Qusman "Ümummilli lider Heydər Əliyevin medianın inkişafında rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı danışıb.

"Bu ilin noyabrında Azərbaycanın möhtəşəm Zəfərinin 5 ili tamam olacaq. Bu barədə danışacaqlar, yazacaqlar. Lakin mən Azərbaycan rəhbərliyinə müraciət etmək istərdim: noyabrda Prezident İlham Əliyevin medianın inkişafındakı rolu ilə bağlı konfrans keçirmək məqsədəuyğun olardı. Bu, həm ədalətli, həm də zəruri tədbir olar", - deyə o bildirib.

Qusman əlavə edib ki, 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyev 26 müsahibə verib:

"Bu, peşəkar jurnalist diplomatiyasının ən böyük nümunəsidir", - deyə TASS rəsmisi vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top