"Bir gün ərzində dünya üzrə 95 milyon barel neft istifadə olunur. Bu da deməkdir ki, 95 milyon bareli 2.5 kiloqram CO2 ilə vurduqda böyük bir ətraf mühit tullantısı ilə üz-üzə qalırıq. Bu da ümumi tullantının 38 milyard tona çatmasına səbəb olub. Halbuki 2000-ci illərdə bu rəqəm 3 milyard ton idi. Atmosferdə onun həcmi 280-320 ppm olduğu halda, artıq 420 ppm-i keçib. Bu BMT-nin son hesabatlarında göstərilib".
Bu sözləri Demokrat.az-a açıqlamasında “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov deyib.
O bildirib ki, fəsadlarla müşayiət olunan dəyişikliklər artıq başlayıb:
"Bu gün sərin olur, sabah bir anda kəskin istiyə keçir, o biri gün isə yenidən dəyişir. Bu hava artıq həyatımıza daxil olub və biz bu havaya uyğunlaşmaq üçün zamana ehtiyac duyuruq. Eyni zamanda uyğunlaşmağa məcburuq.BMT-nin həyata keçirdiyi tədbirlər, xüsusilə COP29 və noyabr ayında keçirilməsi planlaşdırılan COP30 (Braziliyada), bu dəyişikliklərin azaldılmasına və daha az tullantı verən təbii mənbələrdən istifadə edilməsinə yönəlib".
Onun sözlərinə görə, atom energetikasının inkişafı zamanı ətraf mühitə hər hansı mənfi zərər dəymir:
"Qəza olduğu zaman ciddi fəsadlar baş versə də, qarşısının texnologiya və ciddi mühafizə tədbirləri ilə almaq mümkündür. Gələcək neft-qazın yox, alternativ energetikanın inkişafını stimullaşdırır. Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq bu istiqamətdə ciddi prioritetlər qəbul edib. Azərbaycan elektrik enerjisinin 30%-ni bərpa olunan enerji mənbələrindən almağı planlaşdırır. 2040-cı ilə qədər isə 40%-ə qədər azaldılmasını planlaşdırır. Bu da mədən yanacaqlarının istifadəsini azaldacaq.".
Əfsanə Kamal
Demokrat.az