"Əbu-Dabi görüşü Ermənistanın bu niyyətini ortaya qoyur" — ŞƏRH

GÜNDƏM 10 iyul 2025, 18:29
"Paşinyan konstitusiya dəyişikliyi etmək istəyir. Artıq bir ildir ki, bunu vurğulayır. Ən son konstitusiyanın qəbul edilə biləcəyi ilə bağlı bir tədbirdə qeyd etdi ki, konstitusiya dəyişilməlidir. Çünki əvvəlki konstitusiya xalqın maraqlarını, xalqın iradəsini əks etdirməyib. Zorla həmin konstitusiya qəbul etdirilib. Orada hazırkı reallıqlar nəzərə alınmır. Bir sözlə, Paşinyan deyir ki, real Ermənistan, bir də mifik Ermənistan var. Biz gərək real Ermənistanın çağırışlarına cavab verən bir konstitusiya hazırlayaq. Ona görə də konstitusiya dəyişikliyi labüddür".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib. 

"Bu, digər tərəfdən Ermənistanın Azərbaycanla sülh prosesini irəlilətmək yönündə müsbət addımı kimi də qiymətləndirilə bilər. Bu gün Əbu-Dabidə baş verən görüş də onu göstərir ki, Ermənistan rəhbərliyi nəhayət ki, Azərbaycanın sülh çağırışlarına cavab verərək həm sülh, həm də kommunikasiyaların açılması prosesini irəlilətməkdə maraqlı ola bilər.
"Ola bilər" deyirəm, çünki Paşinyanın bir çox hallarda dediyinin əksini etdiyinin şahidi olmuşuq. Amma indi geosiyasi konfiqurasiya başqadır. Rusiya tərəfindən Ermənistanın sıxışdırılması onu sürətlə Qərbə doğru inteqrasiya etməyə vadar edir. Bunun yollarından biri də Türkiyə ilə münasibətlərin normallaşmasıdır. Türkiyə ilə münasibətlərin normallaşması üçün isə Azərbaycanla sülh sazişi sürətlənməlidir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top