
Manset.az xəbər portalının həmtəsisçisi və baş redaktoru Əli Vəliyev “Füyuzat TV” YouTube layihəsinin qonağı olub.
Tanınmış jurnalist Tural İsmayılovun aparıcılıq etdiyi verilişdə Azərbaycan mətbuatı və mediaya dövlət dəstəyi mövzusunda geniş müzakirələr aparılıb.
Verilişdə Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuatımızın dünəni, bugünü və gələcəyi barədə maraqlı fikirlər səsləndirilib. Əli Vəliyev həmçinin informasiya sistemində yayılan saxta xəbərlər, onlardan qorunma yolları və özünün ən parlaq dövrünü yaşayan onlayn media subyektləri barədə də fikirlərini bölüşüb.
Sözügedən verilişi təqdim edirik: