Deputatdan təklif: “10 min dollardan yuxarı kreditlərə güzəştlər tətbiq edilməlidir”

MALİYYƏ 03 noy 2022, 14:37
“İnflyasiyanı yaradan amillər sırasında monopoliyanın adı çəkilmir”. 

Oxu.Az bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli deyib. 

O qeyd edib ki, Azərbaycanda monopoliyanın mövcudluğu süni bahalaşmanın yaranmasına səbəb olur. 

Deputatın sözlərinə görə, sahibkarların aldığı 10 min dollardan yuxarı kreditlərə güzəştlər tətbiq edilməsi vacibdir. 

Əli Məsimli 2023-cü ildə müavinət, pensiya və əməkhaqlarının artırılacağını xatırladıb. O sual edib:

“Bu artımlar əhalinin maliyyə itkilərini kompensasiya edə biləcəkmi?”

Deputat bildirib ki, Azərbaycandan fərqli olaraq dünyada gömrük sistemi fiskal siyasət üzərində qurulmayıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top