Ağdam və Füzulidə iki mərkəzi xəstəxananın tikintisinə başlanılacaq

İNFRASTRUKTUR 03 noy 2022, 11:21
"Tezliklə Ağdam və Füzulidə iki mərkəzi xəstəxananın tikintisinə başlanılacaq”.

Demokrat.az
"Report"a istinadən xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konfilikt quruculuğu modeli” mövzusunda keçirilən qələbənin ikinci ildönümü-Zəfər Gününə həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda İmarət Kompelksində də bərpa işlərinə başlanılacaq: "Azərbaycan bu gün regionun lider ölkələrindən biridir. Prezident İlham Əliyevin prinsipial mövqeyi tarixi qələbəmizi şərtləndirən başlıca amil olub. Prezident azad edilən əraziləri addım-addım gəzir, bu ərazilərin bərpa olunmasına çalışır”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top