“Nyu York Tayms": "Ukrayna NATO-ya üzv ola bilməyəcək"

DÜNYA 03 okt 2022, 17:11
Ukraynanın NATO-ya üzvlüyü ən yaxşı halda əlçatmaz görünür.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "The New York Times" qəzetində dərc olunan məqalədə bildirilir.

Qəzetin icmalçıları Endryu Kramer və Den Bilefski yazır: “Alyans kollektiv müdafiə prinsipinə sadiq qaldığı üçün onun döyüş əməliyyatlarında iştirak edən ölkəni öz sıralarına qəbul etməsi çox az ehtimal olunur”.

Qeyd olunur ki, proqnozlara görə, Ukraynanın alyansa daxil olması aylar, hətta illər çəkə bilər.

Pentaqonun rəhbəri Lloyd Ostin Ukraynanın NATO-ya üzvlük perspektivini şərh edərkən isə deyib ki, ABŞ hakimiyyəti alyansın "açıq qapı" siyasətinə sadiqdir, lakin yeni üzvlərin qəbulu barədə qərar blokun bütün ölkələri tərəfindən verilməlidir. (publika.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top