Bayden yenə dünyanı ŞOKA SALDI: Ölən dostuna zəng etdi və... — VİDEO

DÜNYA 29 sen 2022, 18:02
Kobud səhvləri ilə məşhur olan ABŞ prezidenti Co Bayden çıxışı zamanı izləyiciləri şoka salan sual verdi, vəfat edən dostuna zəng vurdu...
Bütün dünya ABŞ prezidenti Baydenin hərəkətlərindən danışır.

Demokrat.az
CNN-ə istinadən xəbər verir ki, Bayden bu dəfə avtomobil qəzasında dünyasını dəyişən İndiana konqresmeni Caki Valorskinin öldüyünü unudub.

Avqust ayında vəfat edən Valorskiyə zəng edən Baydenin "Ceki, buradasan? Ceki haradadır?" sözləri zalda soyuq duş effekti yaradıb.

Ağ Evdə keçirilən, aclığa son qoyulması ilə bağlı konfransdan sonra dövlət başçısının bu anları tezliklə sosial mediada yayılıb.

Qeyd edək ki, Valorski sözügedən konfransı maliyyələşdirmək üçün ən çox çalışan insanlardan biri olub.

Baydenin İndiana konqresmeni ilə yaxın dostluğu məlum idi. Onun ölümü ABŞ liderini və ölkənin birinci xanımını çox sarsıtmışdı.

Qeyd edək ki, ötən həftələrdə Bayden çıxışını bitirdikdən sonra boşluqla əl uzatması ilə gündəmə gəlib. Həmçinin Baydenin ABŞ-ın vitse-prezidenti Kamala Harrisə dəfələrlə “Prezident Harris” deyə müraciət etməsi maraqla qarşılanıb.



Musavat.com


 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top