“Medianın İnkişafı Agentliyinin qapısı hər kəsin üzünə açıqdır” — Baş redaktor

SOSİAL MEDİA 24 sen 2022, 13:47
Bu gün Mətbuat Şurasının qurultayında MEDİA-nın İnkişafı Agentliyinin rəhbəri Əhməd İsmayılov tənqid edilib. Maraqlandım ki, görəsən, şikayətin əsas səbəbi nədir? Sən demə, Əhməd İsmayılovun qəbuluna düşmək mümkün deyilmiş. Ola bilər, demirəm ki, yalandı.

Məsələnin narahatlıq doğuran tərəfi odur ki, dərhal bir-iki nəfər bunu müzakirəyə buraxdı və belə bir görüntü yaratmağa çalışırlar ki, sanki MEDİA-nın İnkişafı Agentliyi alınmaz qaladı, kimsə ora gedə bilmir. Şəxsən mənim elə bir problemim yoxdur. Tanıdığım jurnalist dostlarımdan, digər həmkarlarımdan da belə giley-güzar eşitməmişəm. Əhməd İsmayılovun da mənim müdafiəmə heç ehtiyacı da yoxdur. Amma insaf naminə deməliyəm ki, Əhməd müəllimlə görüşmək, onunla müzakirə aparmaq çox xoşdur mənə. Hesab edirəm ki, Medianın İnkişafı Agentliyinin qapısı hər kəsin üzünə açıqdır. Eləcə də Əhməd İsmayılovun. Bir çox jurnalist dostlarla da belə görüşlərin olduğunu bilirəm. Bu, məsələnin bir tərəfi.

Məsələnin daha iyrənc tərəfi də var.

Cəsarət Hüseynzadə

Bu da odur ki, belə söz-söhbətləri boğaza kimi zibilin içində olanlar fırladırlar. Bilmirəm, umacaqlarımı var, yoxsa səbəb başqadır... Onlardan biri QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadədir. Bu adama reaksiya verməyimin əsas səbəbi Azay Quliyevdir. Məni tanıyanlar bilir ki, iti görüm, qurdu görüm, amma Azay Quliyevi görməyim. Hələ bu azmış kimi QHT Şurasına rəhbərlik edəndə Fərasət Qurbanov, Cəsarət Hüseynzadə və digər bir neçə nəfər o qurumu mafiyalaşdırmışdılar. Milyonlarla vəsaitin yeyilməsi, dağıdılması, üstündən də su içilməsi haqqında danışmaq istərdim, amma həvəsim yoxdur. Hesablama Palatasının son yoxlaması da qurumda dəhşətli yeyintilərin olduğunu bir daha təsdiqlədi. Detallarını lazım gələrsə, açıqlayaram. Amma Cəsarət bu olayların içində ola-ola, indi oturub abrına qısılmaq əvəzinə, ona buna çamur atır. Sadəcə ayıbdır.

Fadil Paşayev
“Konkret.az” saytının baş redaktoru 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top