“Narkotik satışı ilə məşğul olanlara qarşı ən ciddi cəzalar görülməlidir”— Hüquq müdafiəçisi

SOSİAL 22 sen 2022, 20:13
Bir neçə il öncə evindən külli miqdarda narkotik vasitələr aşkar olunaraq həbs edilən Salyan rayonunun Qaraçala qəsəbəsinin sakini, 1965-ci il təvəllüdlü Məmmədov Elşən Ağalar oğlunun müddətdən tez bəraət qazanması insanların narahatlığına səbəb olub. Bununla bağlı Qaraçala qəsəbəsindən olan bir qrup sakin Demokrat.az-a müraciət edərək, Elşən Məmmədovun həbs edilməsini tələb edir. Sakinlərin sözlərinə görə, Elşən Məmmədov Salyanda kütləvi olaraq, gəncləri narkotiklə zəhərləyib məhv edir.  

Məsələ ilə bağlı hüquq-müdafiəçisi Səadət Bənənyarlı Demokrat.az-a açıqlamasında bildirib ki, aidiyyatı qurumlar bu məsələni ciddi araşdırmalıdır:

“İlk olaraq qeyd edim ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Məmmədova 8 il 6 ay cəza təyin edilmişdir. Sonradan Şirvan Apellyasiya Məhkəməsi sübutların kifayət qədər olmamasıyla bu qərarı ləğv etmişdir. Ona görə də, hal-hazırda həmin adam azadlıqdadır. Amma hesab edirəm ki, Məhkəmə-Hüquq Şurası da, Ali məhkəmə də, xüsusən Prokurorluq Orqanları da bu məsələni ciddi araşdırmalıdırlar. Bu məsələ həqiqətən də, çox ciddi məsələdir. Doğurdan da, cəmiyyətdə də çox böyük əks-səda yaradıb. Bunun kimliyi, şəxsiyyəti əgər məlumdursa, bunun haqqında bu gün belə qərar çıxardılıbsa, hətta bu qərarı verən və o qərarı hazırlayan insanlarla bağlı yəqin ki, araşdırmalar aparmaq lazımdır”. 

Hüquq-müdafiəçisi bildirib ki, onun narkotik satışı ilə məşğul olması özü-özlüyündə böyük cinayətdir:

“Çünki bizim gənc nəslin təkcə genetik kodunun pozulmasına yox, ümumiyyətlə, gənclərin həyatının məhv olmasına, ailələrin dağılmasına, ailələrdə bədbəxt hadisələrin baş verməsinə gətirib çıxara bilən bir məsələdir. Doğurdan da, bu, çox ciddidir. Təkcə bununla əlaqədar yox, digər narkotik satışı ilə məşğul olanlara qarşı ən ciddi cəzalar görülməlidir. Təklif edərdim ki, bəzən onların vaxtından əvvəl şərti azadlığa olma məsələləri xüsusi qeyd edilsin ki, bunlar bu hüquqdan istifadə edə bilməsin. Bəlkə də, Cinayət Məcəlləsinə bunu da hardasa əlavə etmək lazımdır. Düzdür, bizim qanunlara həmişə humanistlik göstərilib,  bu qətnamələrin qəbul edilməsində bu prinsipləri nəzərə alırlar, ailə vəziyyəti, islah olunması  və s. hamısı nəzərə alınır. Amma bu istiqamətdə çox ciddi və çox radikal addımlar atmaq lazımdır. Çünki bu bizim gələcəyimizin, millətimizin varlığının, Azərbaycan dövlətinin varlığının əsaslarından, sütunlarından  biridir ki, cəmiyyət sağlam olsun, gənc nəsil sağlam olsun”.

Nəzrin
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top