Bakının mərkəzində restoranda yanğın — FOTO/VİDEO

HADİSƏ 13 sen 2022, 13:35
Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli binanın ikinci mərtəbəsində ümumi sahəsi 350 kvadratmetr olan obyektdə (restoran kimi fəaliyyət göstərir) bir ədəd kondisioner, üç paqon metr elektrik kabeli və dam örtüyünün taxta atmaları üç kvadratmetr sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Obyektin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - məlumatda deyilir.




 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top