Sürücülərə XƏBƏRDARLIQ: Bu yollarda diqqətli olun!

SOSİAL 10 sen 2022, 16:13
Dumanlı hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.

Bu barədə Demokrat.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, sentyabrın 11-də əsasən gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq Füzuli-Cəbrayıl-Mahmudlu, Naxçıvan-Şahbuz, Quba-Qusar, Quba-Xaçmaz, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Gəncə-Daşkəsən, Ağdam-Füzuli-Horadiz, Həkəri-Zəngilan, Ağdam-Ağdərə magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsi 300-800 metrədək məhdudlaşacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top