Zelenski müharibə müddətində doğulan azərbaycanlılara vətəndaşlıq verib

XARİCİ SİYASƏT 06 sen 2022, 14:33
Ukraynada müharibə müddətində üç Azərbaycan vətəndaşının doğulan uşaqlarına vətəndaşlıq verilib.

Ukrayna Dövlət Miqrasiya Xidmətindən “Report”un Şərqi Avropa bürosuna verilən açıqlamada bildirilir ki, bunlardan ikisinə vətəndaşlıq verilməsi Ukrayna prezidentinin sərəncamının “Ukrayna vətəndaşlığına qəbul” ilə bağlı 9-cu bəndinə əsasən baş tutub.

Bir uşaq isə valideynlərindən biri Ukrayna vətəndaşı olduğu üçün avtomatik vətəndaşlıq alıb.

Bu ailələr müharibə müddətində ölkəni tərk etməyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top