Salyanda şəhidlərin xatirəsinə həsr olunmuş futbol turniri keçirildi — FOTOLAR

İDMAN 04 sen 2022, 12:55
10 avqust - 3 sentyabr 2022 –ci il tarixlərində Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Salyan rayon Dəmiryolçu stadionunda Salyan rayonunun Qarabağ uğrunda canını fəda etmiş Şəhidlərinin xatirəsinə həsr edilmiş futbol üzrə rayon birinciliyi  keçirilib. 


Demokrat.az xəbər verir ki, A, B, C  və  D qruplarında olmaqla 14  komanda mübarizə aparıb.


Hər qrup üzrə 1-ci və 2- ci yeri qazanmış komandalar növbəti mərələyə çıxıb.

 A qrupunda Sarvan  və  Lokomativ -1,  B qrupunda Aşağı  Noxudlu və Lokomativ-2,  C qrupunda Ərəbqardaşbəyli  və  Muğan komandaları,  D qrupunda Xıdırlı  və  Qızılağac  komandaları birinciliyin  ¼ mərələsinə  çıxıb.

21-22 Avqust  birinciliyin  ¼ mərələsinin  oyunları  keçirilmiş  qalib  gəlmiş  komandalar  birinciliyin  yarımfinalına  çıxıb.  25  Avqust  Yarımfinal  oyununda  Sarvan-Ərəbqardaşbəyli  və  Aşağı  Noxudlu -Xıdırlı  komandaları  qarşılaşmış  və  oyunların  yekun  nəticəsində  Ərəbqardaşbəyli  və  Xıdırlı komandaları  Salyan rayonunun Qarabağ uğrunda canını fəda etmiş Şəhidlərinin xatirəsinə həsr edilmiş futbol üzrə rayon birinciliyinin  finalına  çıxıb. 
03  sentyabr  2022-ci il tarixdə Salyan rayon Dəmiryolçu stadionunda  Salyan rayonunun Qarabağ uğrunda canını fəda etmiş Şəhidlərinin xatirəsinə həsr edilmiş futbol üzrə rayon birinciliyinin  final  oyunu  keçirilərək  rayon  birinciliyinə  yekun vurulub.  Final  oyununda Ərəbqardaşbəyli  və  Xıdırlı komandaları  qarşılaşmış maraqlı idman mübarizəsi şəraitində  keçən  oyunda  4-1  hesabı  ilə  Xıdırlı  komandası  qalib  gəlib.  

Salahov  Rüfət (Ərəbqardaşbəyli) birinciliyin ən yaxşı  qapıçısı,  Məlikov Şamxal(Xıdırlı)  birinciliyin  ən yaxşı  hücumçusu,  Əhədov  Zakir (Lokomotiv -2) birinciliyin ən yaxşı  müdafiəçisi,  Orucəliyev  Elmar (Xıdırlı)  birinciliyin  ən yaxşı  kapitanı, Əliyev  Şahin  və  Səmədov   Bayram birinciliyin  ən yaxşı  məşqçiləri  seçilib.
Qalib  komandalar  və  fərqlənmiş  idmançılar Salyan rayon Gənclər və İdman İdarəsinin  diplom,  kubok  və  medalları ilə təltf olunub.  
Qalibləri  təltif  edən  Salyan rayon Gənclər və İdman İdarəsinin  rəisi  Araz  Hüseynov  bildirib ki, Azərbaycanın yeni tarixinə yazılan 44 günlük Vətən savaşı ərzində əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı. Vətən müharibəmiz şanlı Qələbə ilə tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə həkk olundu. Şəhidlər azadlıq carçısı, əbədiyyət yolçusudurlar. Əsrlər ötsə, nəsillər bir-birini əvəz etsə də onların adları tarixin yaddaşından silinmir, müqəddəs ruhları insanları daha parlaq gələcəyə, qələbədən qələbəyə, zəfərdən zəfərə aparır. Vətən yolunda şəhid olanların xatirəsi qəlbimizdə yaşayacaq.

















SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 may 2024, 15:25
Top