Dünya

Kanada 62 Rusiya vətəndaşına sanksiya tətbiq etdi

Kanada 62 Rusiya vətəndaşına sanksiya tətbiq etdi

Kanada 62 Rusiya vətəndaşına, o cümlədən ölkənin 27 regionunun qubernatorlarına qarşı sanksiya tətbiq edib.

Demokrat.az bildirir ki, sənəd Kanada hökumətinin saytında dərc olunub.

Qubernatorlardan başqa, Kanadanın sanksiyalar siyahısına Rusiyanın müdafiə sənayesi sektorunun müəssisələri, o cümlədən “Rostex”, “Almaz-Antey”, “Kalaşnikov” kimi müəssisələrin rəhbərliyinin adları da daxildir.

Qeyd edək ki, Ottava Rusiyanı beynəlxalq sülh və təhlükəsizliyi ciddi surətdə pozmaqda təqsirləndirir.

Leyla Demokrat.az

D
demokrat.az