Polislər film çəkilişi zamanı mitinq səhnəsini gerçək sandılar və... — FOTOLAR

ŞOU-BİZNES 20 avq 2022, 19:12
Türkiyədə qeyri-adi olay baş verib.

Demokrat.az xəbər verir ki, Türkiyənin Adana şəhərində sosial media fenomeni Mahsun Karacanın başına iş gəlib.

Belə ki, Mahsun Karaca "İlleqal həyatlar" adlı filminin çəkilişi zamanı bir səhnəni canlandırarkən polisin müdaxiləsinə məruz qalıb.

Filmdəki səhnələrdən biri də partiya sədrinin vətəndaşlarla mitinq zamanı çıxış etməsi olub.

Bu səhnə çəkilərkən ətrafdakı polislər onlara yaxınlaşıb və icazəsiz mitinq keçirməyin yolverilməz olduğunu bildiriblər.

Lakin aktyorlar bunun  bir film çəkilişi olduğunu və bələdiyyədən icazə aldıqlarının deyiblər.

Bunun ardınca polislər film heyətinə uğurlar arzulayıblar və ərazidən uzaqlaşıblar.



Malik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top