“Qalatasaray” “Qarabağ”ın futbolçusunu istəyir

İDMAN 20 avq 2022, 15:13
“Qarabağ”ın müdafiəçisi Toral Bayramov karyerasını Türkiyədə davam etdirə bilər.

21 yaşlı sol cinah müdafiəçisinin xidmətində “Qalatasaray” maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Patrik van Aanholtun oyunundan narazı olan baş məşqçi Okan Buruk Azərbaycan milli komandasının üzvünün transer edilməsini istəyir. Xəbərdə qeyd olunub ki, “Qalatasaray” Bayramovun meneceri ilə təmas qurub.

Toral Bayramovla Super Liqa təmsilçisi “Kayserispor” və I Liqada mübarizə aparan “Eyüpspor”da maraqlanır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top