Deputat: “Bütün bunlar beynəlxalq təşkilatların gözü qarşısında baş verir, ancaq…”

GÜNDƏM 18 avq 2022, 15:00
“Sözsüz ki, ermənilər uzun illərdir Azərbaycana qarşı nəinki ekoloji terror törədirlər, onlar insan faciələri yaradırlar, genosid həyata keçirirlər. Onlar nəinki bizim meşələrimizə, çaylarımıza, göllərimizə ziyan vurublar, elmi, tarixi, mədəni abidələrimizə də külli miqdarda ziyan vurublar. Çox təəssüflər olsun ki, bütün bunlar beynəlxalq təşkilatların gözü qarşısında baş verir və onlar bu hadisələr barədə ətraflı məlumatlıdırlar. Ancaq nədənsə bu təşkilatılar susurlar. Buna görə də, ermənilər uzun illərdir ki, harınlaşıblar”. 
 
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. Deputat vurğulayıb ki, bu gün Laçını tərk edən ermənilər yenə də evləri, meşələri yandırırlar, torpaqlara mina basdırırlar:

“Yəni, əllərinə keçən nə varsa, hamısını məhv edirlər. Bu, vəhşilikdir, insanlığa xas olmayan hərəkətdir. Təbii ki, bütün bunlar ermənilərin xislətində var. Ancaq təcavüzkarı, vəhşini bizim ekoloji, dini, mədəni, tarixi abidələrimizə ziyan vuranları belə buraxmaq olmaz. Əgər doğurdan da, beynəlxalq təşkilatlar bu məsələ ilə məşğul olsaydı bu gün belə şeylər yaşanmazdı. Vaxtilə ATƏT-in Minsk qrupu, eləcə də bir çox qeyri-hökumət təşkilatları bu məsələyə obyektiv qiymət versəydilər, bu gün ermənilər vəhşi hərəkətlərini davam etdirməzdilər. Çox təəssüflər olsun ki, biz humanist mövqedə durmağımıza, həmişə sülh, əmin-amanlıq çağırışlar etməyimizə baxmayaraq, erməni vəhşiliyindən uzaq qala bilmir. 30 il onlar bu torpaqları viran qoydular, olduqları yeri darmadağı etdilər, xarabazarlığa çevirdilər. Bu gün də köçdükləri evləri yandırmaqda, salınan bağları, meşələri məhv etməkdə davam edirlər. Hesab edirəm ki, artıq beynəlxalq təşkilatlar ayılmalıdırlar. Onlar öz münasibətlərini bildirməlidirlər. Çünki vəhşilər, ağzınlar azğımlaşdıqca, onların qarşısı alınmadıqca, onlar daha böyük faciələr törədə bilirlər. Ermənilərin nümunəsində dünyada baş verən bir çox hadisələri biz görürük. Bu hadisələr bilavasitə insanlığa, bəşəriyyətə zidd olan hadisələrdir. Əgər bunun qarşısı alınmasa, dünya xalqları çox ağır fəlakətlərə, bəlalara düçar ola bilərlər. Çünki təcavüzkar vaxtında öz qiymətini almalıdır, onun dərsi verilməlidir ki, çirkin əməllərindən əl çəksin”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top