Şahdağ Milli Parkının Qəbələ meşəsində baş verən yanğın söndürüldü

HADİSƏ 16 avq 2022, 23:30
Qəbələ rayonunda meşə sahəsində baş verən yanğın söndürülüb.

FHN-in Qəbələ Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Arzu Umıyev APA-nın yerli bürosuna bildirib ki, Şahdağ Milli Parkının Bum meşəbəyliyinin Tikanlı kəndi ərazisində, yüksək dağın zirvəsindəki 1 hektar meşə sahəsində baş verən yanğın bir sutka sonra söndürülüb.

Alovun qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının 100-dən çox əməkdaşı, bir helikopter cəlb olunub.
Yanğın ocaqları tam söndürülüb, hazırda bir neçə tüstüləyən yer nəzarətdə saxlanılır.

Yanğın çətin relyefli yüksək dağlıq ərazidə baş verdiyi üçün əraziyə yanğınsöndürən maşınların cəlb edilməsi mümkün olmayıb.

Hadisənin qarşısını almaq üçün əsasən əl əməyindən istifadə olunub.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top