Azərbaycanda bu şəxslərin ölkədən çıxışına qadağa qoyuldu — Aralarında tanınmış iş adamları da var

GÜNDƏM 16 avq 2022, 09:40
Azərbaycanda daha bir neçə sahibkarın ölkədən çıxışına qadağa qoyulub. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Kərimov Qaraxan Müslüm oğlu, Babayev Nurlan Məzahir oğlu, Həmidov Rza Qurban oğlu, Qafarlı Yusif Səfər oğlu, Teymurov Bəxtiyar Xanriza oğlu, Salmanov Bəylər Səhrab oğlu və Əhmədov Puşkin Kamaləddin oğlunun ölkədən çıxışlarına müvəqqəti məhduduyyət qoyulması üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı Kommersiya Məhkəməsinə ərizə verilib. 

Ərizəyə məhkəmənin hakimi Ülkər Həsənovanın sədrliyi ilə baxılıb. Adı çəkilən şəxslərin ölkədən çıxışlarına müvəqqəti məhdudiyyət qoyulub. 

Məlum olub ki, onlar vergi ödəyiciləri olub və vergi borcları yaranıb. Onların həmin borcları ödəməsi tələb olunur. 

Bundan başqa, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi borcları yaranan fərdi sahbkarlar – Şıxalıyev Rəsul Şahlar oğlu, Bahramov Bəhruz Qılınc oğlu, Şükürov Samir Eldar oğlu, Mürsəlov İlham Baləli oğlu, Sadıqov Faiq Xudaverdi oğlu və Süleymanov Tural Səttar oğlunun da ölkədən çıxışına qadağa qoyulması üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edib. 

Hakim Emil Əliyevin sədrliyi ilə baş tutan iclasda qərar elan edilib. 

Qərara görə, adı çəkilən şəxslərin ölkədən çıxışlarına müvəqqəti məhdudiyyət qoyulub. 

Qeyd edək ki, ölkədən çıxışına qaadağa qoyulan şəxslərin əksəriyyətindən çoxu fərdi sahibkarlıqla məşğul olanlardır. 

Onlardan biri də tikinti sahəsində tanınmış iş adamı Puşkin Əhmədovdur.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top