“Azəriqaz”ın “Açıq mikrofon” aksiyaları davam edir

SƏNAYE VƏ ENERGETİKA 13 avq 2022, 14:04
Növbəti həftə (15-19.08.2022 tarixləri) saat 12:00-da daha 1 şəhər və 4 rayonda "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək. 

Aksiya həftənin 1-ci günü Sumqayıt şəhərində (Şəmsi Bədəlbəyli 8, “Kimyaçı” Mədəniyyət Sarayı), 2-ci günü Biləsuvar rayonunda (Heydər Əliyev prospekti, Mərkəzi Park), 3-cü günü Cəlilabad rayonunda (Heydər Əliyev prospekti, Heydər Əliyev adına Yaradıcılıq Mərkəzi), 4-cü günü Yardımlı rayonunda (Heydər Əliyev prospekti 165, Heydər Əliyev Mərkəzi), 5-ci günü Lənkəran rayonunda (Həzi Aslanov Parkı) baş tutacaq. 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top