Ekspert: “Vətəndaş pulu tullaya da, cıra da bilər”

GÜNDƏM 12 avq 2022, 16:40
Sosial şəbəkələrdə Azərbaycan dövlətinin milli valyutası ilə bağlı xoş olmayan video yayılıb. Milli valyutanın acınacaqlı halını əks etdirən görüntülər onlayn platformalarda səs-küyə səbəb olub. Belə ki, görüntülərdə Azərbaycanın milli pul vahidinin əzilmiş və parçalanmış vəziyyətdə olduğu aydın görünür. Ən acınacaqlısı isə xeyli sayda 1, 5 və 50 AZN olan pul vahidləri paytaxtdakı zibil qutularına atılıb. Bu isə vətəndaşlarımızın qəzəbinə səbəb olub. 

Əsginasların banklarda yenisi ilə əvəzlənə biləcəyi halda, zibil qabına atılmasının səbəbi nədir?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, Mərkəzi Bank iki halda zədələnmiş valyutanı dəyişmək vəzifəsini daşıyır. 



Ekspert ehtimal edir ki, ola bilsin ki, bu əsginaslar elə bir vəziyyətdə olub ki, onları artıq dəyişmək mümkün olmayıb:

“Xatırladım ki, Mərkəzi Bank əsginasın tam hissəsi 60 faizdən az deyilsə, yaxud da ki, tam birləşdirəndə yüz faiz olduqda dəyişdirə bilər. Ola bilsin ki, bu əsginaslar belə deyil deyə kimsə tullayıb. Yox əgər dəyişə bilərdisə, ola bilsin ki, bundan məlumatlı olmayıb. 

Hesab edirəm ki, bununla bağlı maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Vətəndaşlara izah etmək lazımdır ki, iki halda Mərkəzi Bank zədələənmiş əsginası dəyişə bilər. Onu da qeyd edim ki, pul əsginası vətəndaşın özəl mülkiyyətindədir. Bank tərəfindən qəbul edilməyən bu cür valyutanı tullaya da bilər, cıra da bilər. Əgər istəmirsə ki, zibilliyə düşsün, o zaman onu o tərzdə yox edə bilər ki, zibillikə olmasın. Misal olaraq yandıra da bilər, yaxud da elə xırda-xırda cıra bilər ki, heç kim bilməz ki, o puldur.  Hər bir halda bank bu cür pulu qəbul etməyəcək. Ümumiyyətlə, bank belə pulu nə edəcək ki?”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top