Ukrayna Silahlı Qüvvələri Rusiyanın iki “Kalibr” raketini məhv etdi

DÜNYA 12 avq 2022, 02:40
Xarkov vilayətində Hərbi Hava Qüvvələrinin bölmələri cümə axşamı Rusiya Ordusunun Qara dənizdən atdığı iki “Kalibr” qanadlı raketini məhv edib.

Demokrat.az “Ukrinform” a istinadən xəbər verir ki,  bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının mətbuat xidməti “ Facebook  ”da məlumat yayıb.

“Avqustun 11-də  Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri Qara dənizdən atılan iki “Kalibr” qanadlı raketini məhv edib”, - məlumatda deyilir.

Qeyd edək ki,  Ukrayna Silahlı Qüvvələri Rusiya Ordusunun fevralın 24-dən avqustun 11-dək 43 minə yaxın hərbçisini məhv edib. Bu da əvvəlki günlə müqayisədə 200 nəfər çoxdur. 

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top