Dünya Özəl

Ukrayna Silahlı Qüvvələri Rusiyanın iki “Kalibr” raketini məhv etdi

Ukrayna Silahlı Qüvvələri Rusiyanın iki “Kalibr” raketini məhv etdi

Xarkov vilayətində Hərbi Hava Qüvvələrinin bölmələri cümə axşamı Rusiya Ordusunun Qara dənizdən atdığı iki “Kalibr” qanadlı raketini məhv edib.

Demokrat.az “Ukrinform” a istinadən xəbər verir ki, bu barədəUkrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının mətbuat xidməti “Facebook ”da məlumat yayıb.

“Avqustun 11-də Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri Qara dənizdən atılan iki “Kalibr” qanadlı raketini məhv edib”, - məlumatda deyilir.

Qeyd edək ki,Ukrayna Silahlı Qüvvələri Rusiya Ordusunun fevralın 24-dən avqustun 11-dək 43 minə yaxın hərbçisini məhv edib. Bu da əvvəlki günlə müqayisədə 200 nəfər çoxdur.

Leyla Demokrat.az

D
demokrat.az