XİN Ermənistan və Türkiyə arasında növbəti görüşün sentyabrda olacağını təsdiqləmədi

REGİON 11 avq 2022, 14:34
Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubenyanın növbəti görüşünün sentyabrda keçiriləcəyi ilə bağlı iddiaları təsdiqləməyib.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Vahan Unanyan münasibət bildirib.

O deyib ki, hazırda bu barədə razılıq yoxdur. Unanyan əlavə edib ki, xüsusi nümayəndələrin görüşləri barədə ictimaiyyətə əvvəlcədən, vaxtında məlumat veririk.

X X X

Türkiyə və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubenyan arasında 5-ci görüşün tarixi məlum ol
ub.

Demokrat.az xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbə növbəti görüşün sentyabrda keçiriləcəyini bildirib.

“Proseslər kövrəkdir, daimi sülh təmin edilməlidir”, - nazirlikdən qeyd olunub.

XİN-dəki mənbə həmçinin görüşün harada keçiriləcəyinə aydınlıq gətirib: “Bu, düşmənlərin toplantısı deyil, üçüncü ölkədə keçirilə bilməz”.

Xatırladaq ki, Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Türkiyə 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və bu ölkə ilə bütün əlaqələrini kəsib. İkinci Qarabağ müharibəsindən sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.

Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci, üçüncü və dördüncü müzakirələr isə Avstriyanın paytaxtı Vyanada baş tutub.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top