“Azadlıqda olmağınız bizim qüsurumuzdur” — Medvedev Baş nazirə “nasist” dedi

REGİON 09 avqust 2022, 16:28
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Estoniyanın Baş naziri Kaya Kallasın ruslarla bağlı dediklərini “nasist fikirlər” adlandırıb.

Demokrat.az xəbər verir ki, Medvedev bu barədə “VKontakte” səhifəsində yazıb.

Medvedev eyham vurub ki, Kallasın yeri barmaqlıqlar arxasındadır: “Mən sadəcə ona başqa sözləri xatırlatmaq istəyirəm – azadlıqda olmağınız sizin xidmətiniz deyil, bizim qüsurumuzdur”.

Qeyd edək ki, bugünkü açıqlamasında Estoniyanın Baş naziri Kaya Kallas Avropa İttifaqı ölkələrini ruslara viza verilməsini dayandırmağa çağırıb.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top