Göyçayda ağır qəza: Xəsarət alanlar var

HADİSƏ 08 avq 2022, 00:08

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, 1992-ci il təvəllüdlü Süleymanlı Fəhmin Şahin oğlu “Naz Lifan” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib.

Bu zaman maşın yoldan çıxaraq mal-qara fermasının hasarına çırpılıb.

Hadisə zamanı sürücü Fəhmin Süleymanlı və sərnişinlər - 1956-cı il təvəllüdlü Behbudova Südabə Nəsrəddin qızı, 1980-ci il təvəllüdlü Nuriyev Famil Rafiq oğlu xəsarət alıb.

Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top