Zaur Əkbərlə bağlı yerli medianın yaydığı xəbər müzakirələrə səbəb oldu

GÜNDƏM 06 avq 2022, 14:04
“Müdafiə xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Zaur Əkbərlə bağlı yerli medianın yaydığı xəbər sosial şəbəkədə geniş müzakirə və tənqidlərə səbəb olub.

"Heç bir yerdə işləməyən Zaur Əkbər 300 dollarlıq köynəyi necə alıb?" başlıqlı yazıda iddia olunur ki, Zaur Əkbərin geyindiyi “Moncler” markası olan köynəyin qiyməti 300 dollardı.

Sosial şəbəkədə yerli media subyektinin belə xəbər verməsi sərt tənqid olunub. Müzakirələrdə həmin köynəyin qiymətinin 10-20 manat arasında olduğu qeyd olunub.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli də sözügedən xəbəri və xəbərə qoyulan başlığı tənqid edib.

“Bu başlığı atan media məmur övladının 1,5 milyon manatlıq saatını hansı pulla aldığını sorğulamamışdı”, - Ə. Məmmədli yazıb.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top