Atçılar Prezidentə müraciət etdilər — VİDEO

GÜNDƏM 25 iyl 2022, 11:45
Azərbaycanda idmanın atçılıq növü ilə məşğul olan at yetişdiricləri, idmançılar Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ediblər.

Demokrat.az xəbər verir ki, müraciətdə şəhər ippodromundakı bərbad vəziyyətdən bəhs edilir. "Təmir adı altında ippodrom məhv edildi. İndi orada məşq etmək olmur. Cıdır yarışları keçirilmir. ARAF rəhbəri Elçin Quliyev, kənd təsərrüfatı nazi İnam Kerimov, Jokey klubun rəhbəri Samir Aslanov bizimlə maraqlanmırlar. İdman nazirimiz hörmətli Fərid Qayıbov, nazir müavini Mariyana Vasileva bütün digər idman federasiyalarının nümayəndələrilə görüşürlər, idmançıları dinləyirlər, amma bizimlə maraqlanan yoxdur. Xahiş edirik ki, bizimlə görüşüb problemimizi ölkə rəhbərliyinə çatdırasınız".

Atçılar ölkə baçısından onlara köməklik göstərməsini xahiş edirlər.

Atçıların yaydıqları videodan da görünür ki, şəhərin mərkəzində yerləşən cıdır düzündə atların normal məşq etdirilməsi üçün heç bir şərait yoxdur və məşqlər zamanı həm atlar, həm də idmançıların ciddi xəsarət almaq ehtimalları yüksəkdir.

"Niyə aidiyyəti qurumlar ippodromdakı vəziyyətlə maraqlanmırlar? Biz nə vaxta qədər bu vəziyyətdə fəaliyyətimizi davam etdirəcəyik? Niyə yarışlar keçirilmir? Axı bu qədər atları, idmançıları saxlamaq, yetişdirmək üçün vəsait, şərait lazımdır", deyə ay yetişdiriciləri qeyd edirlər.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top