“Azərişıq” 6 yeni elektron xidmət təqdim etdi

SOSİAL 19 iyl 2022, 11:33
“Azərişıq” ASC vətəndaş məmnunluğunu və əlçatanlığını artırmaq məqsədilə göstərdiyi xidmətləri onlayn platformaya inteqrasiya etməkdə davam etdirir.

Demokrat.az
xəbər verir ki, bu sözləri bu gün  keçirilən mətbuat konfransında "Azərişıq" ASC-nin İnformasiya Texnologiyaları Departamentinin direktoru Qalib Həmidov deyib. O qeyd edib ki, bununla da vətəndaşların olduğu yeri tərk etmədən, vaxt itkisi olmadan “Azərişıq” ASC-nin xidmətlərindən yararlanmaq imkanları genişləndirilir:

"Bunun üçün əhali və qeyri-əhali abonentləri e-gov.az və ya e-service.azerishiq.az portalı vasitəsilə müraciət edə bilərlər.Vətəndaş məmnunluğunu və əlçatanlığını artırmaq məqsədilə qurum tərəfindən göstərdiyi xidmətləri onlayn platformaya inteqrasiya etməkdə davam etdirir.
Xatırladaq ki, bu günə ümumilikdə qurum tərəfindən Asan Xidmət mərkəzlərində vətəndaşlara 18 xidməti göstərilib. İndi isə 6 yeni xidmət “Azərişıq” ASC-nin elektron xidmətlərinə əlavə edilib".

Aynurə Pənahqızı
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top