Bərdə xəstəxanasında ana doğuşdan sonra öldü

HADİSƏ 09 iyl 2022, 11:45
Bərdə rayonunda ana doğuşdan sonra ölüb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə ötən gün baş verib.

Bərdə rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilən Tərtər rayonu Əskipara kənd sakini, 24 yaşlı Əsədova Sahilə Natiq qızı qeysəriyyə əməliyyatından bir neçə gün sonra dünyasını dəyişib.

O, iyulun 5-də uşaq dünyaya gətirmək üçün xəstəxanaya müraciət edib. S.Əsədova qeysəriyyə əməliyyatından sonra böyrək çatışmamazlığı diaqnozu ilə xəstəxanada saxlanılıb. O, ötən gün xəstəxanada dünyasını dəyişib.

Xəstəxanadan bildirilib ki, S.Əsədovanın dünyaya gətirdiyi körpənin vəziyyəti yaxşıdır, səhhətində heç bir problem yoxdur.

Bu S.Əsədovanın ikinci hamiləliyi olub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top