Bakıda yolun satılması iddiasına RƏSMİ CAVAB

GÜNDƏM 06 iyl 2022, 18:23
Ötən gün bəzi xəbər saytlarında “Dördzolaqlı yolun bir hissəsi satılıb?” başlığı ilə məlumat verilib. Məlumatda qeyd olunub ki, Yeni Günəşli, Qaraçuxur qəsəbələrini Babək prospekti ilə birləşdirən 4 zolaqlı yolun 1 zolağı qəbiristanlıq ərazisinə satılıb.

Demokrat.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsi KİV-də yayılmış xəbərə aydınlıq gətirib.

Bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Babək prospektinin sonundan Yeni Günəşli qəsəbəsinə gedən avtomobil yolunun sağ tərəfindəki qəbirsanlıqda və ona bitişik ərazidə baş verən torpaq sürüşməsi ilə bağlı istinad divarının tikintisi işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətsənayelayihə” İnstitutu tərəfindən hazırlanmış layihə-smeta sənədlərinə əsasən icra olunur:

"Qeyd edək ki, istinad divarı layihəyə uyğun olaraq, eni 14 metr təşkil edən yolun 4 hərəkət zolağı saxlanılmaqla inşa edilir. Xahiş edirik, nəzərə alasınız və avtomobil yolları, yol qurğuları ilə bağlı hər-hansı bir məlumat verilməmişdən öncə AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsi ilə dəqiqləşdirmə aparasınız".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top