Moskva Dövlət Universitetində “rəngli inqilablara qarşı mübarizə” dərsi keçiləcək

REGİON 05 iyl 2022, 13:16
Moskva Dövlət Universitetinin Siyasi Elmlər fakültəsi müasir informasiya texnologiyalarına, hibrid, ticarət müharibələrinə və rəngli inqilablara qarşı mübarizə sahəsində mütəxəssis hazırlığı üzrə magistr proqramına tələbə qəbulu elan edib.

Demokrat.az xəbər verir ki, bu barədə fakültənin saytında bildirilir.

Tələbələr proqrama ödənişli əsaslarla qəbul olunurlar. Proqramın məqsədi informasiya müharibəsi, hibrid müharibə və rəngli inqilablara qarşı əməliyyatları planlaşdırmaq və həyata keçirmək qabiliyyətinə malik mütəxəssislər üçün təlim verməkdir.

Tədris planında “Ekstremal vəziyyətlərin psixologiyası”, “Neyro Linqvistik Proqramlaşdırma və siyasətdə effektiv ünsiyyətin digər üsulları”, “Rusiya-Amerika münasibətlərində informasiya əməliyyatlarının ən son təcrübəsi”, “Rəngli inqilabların müasir texnologiyalarına qarşı mübarizənin xüsusiyyətləri”, “Xüsusi hərbi və polis əməliyyatları şəraitində xüsusi təbliğat və saxtakarlığa qarşı mübarizə”, “Xüsusi hərbi və polis əməliyyatlarına analitik dəstək” kimi, məcburi fənlər yer alıb.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top