Aynur Camalqızının Şeyx Teymura çevirilməsi...

TƏHLİL 29 iyn 2022, 22:28
Tarix heç bir xəyanəti unutmur, bağışlamır, bu və ya digər formada bumeranq kimi adamların özünə qaytarır. Hətta şəxslər bağışlasa da, tarix xəyanət mövzusunda amansızdır. Tarixin gərdişini isə nə şeyx nəsirullahlar, nə də şeyx teymurlar əngəlləyə bilir. Azıx mağarası təfəkküründə adamların feodal düşüncəsi heç bir inkişafı, proqressi saxlaya bilməz. Bunu anlamaq çox da çətin deyil... 

Şuşa haqqında uzun-uzadı yazmağa da gərək yoxdur, bir həqiqət dəyişməzdir ki, tarix Azərbaycana Şuşa və “Şuşa İli” formasında dönüş edib. 

Bu baxımdan, Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” ilə bağlı keçirdiyi qrant müsabiqəsi da tarixin bu mərhələsinə ayna tutdu, çox üzləri, üzsüzlükləri, nardürüstləri cəmiyyətə tanıtdı. 

Müsabiqədən narazı qalan və hikkəsini “Facebook” səviyyəsində nümayiş etdirənlər anlamırlar ki, onların həyatdakı mövqeyi də elə Şeyx Teymur olmaq və yazdıqları statuslar boydadır. Bəli, yanlış anlamadınız, “Facebook” statusu boyda. Bu adamlara nə qədər uca məqam, dəyər verilsə də, elə o statusda da qalacaqlar, böyüməyəcəklər, böyüyə bilməzlər, çünki rişələri – kökləri yanıb, əqidələrini dəyişərək “dönüklər” kimi yaddaşlara düşüblər... 

İndi keçək konkret faktlara. Məsələn, qrant müsbiqəsəsində hansısa dostunun adıyla müraciət edən Aynur Camalqızı yazır ki, o, hamıdan vətənpərvərdir, hamıdan daha çox bacarıqlıdır, hamıdan çox ağıllıdır (Hələ nə yaxşı ki, hamıdan çox əqidəli olduğunu demir). 

Gərək bütün qrantlar buna verilməli idi? 

Səbəb? 

Nədir Aynur Camalqızını başqalarından üstün edən cəhət? 

Hansı zəka, hansı təfəkkür, hansı düşüncə?..

İndiyə qədər aldığı milyonlarla vəsaiti necə xərcləyib, hansı uğurlu layihəni ortaya qoyub? Axı indiyə qədər aldığı vəsait 100 min manat civarında olub. Bu 100 min manatın hesabını veribmi? Ölkənin, Qarabağın həyatı ilə bağlı faydalı bir nümunə yarada bilibmi? 

Gəlin öncə Aynur Camalqızının rəhbəri olduğu Qadın Konsesus Mərkəzinin QHT Şurası və sonra da Agentlikdən aldığı qrantların bir qisminin məbləğinə baxaq:

-    2009-cu ildə - 6 050 AZN
-    2013-cü ildə - 40 000 AZN
-    2015-ci ildə - 10 000 AZN
-    2016-cı ildə - 6 000 AZN
-    2018-ci ildə - 8 000 AZN
-    2019-cu ildə - 7 500 AZN
-    2020-ci ildə - 6 000 AZN
-    2021-ci ildə - 9 000 AZN


85 mindən artıq vəsaitdir. Ümumilikdə 100 minə yaxın qrant alıb, vəsait xərcləyib bu Şuşanın alınmasına “sadəlövh” və “məsum”ca inanan, özünə Şuşa alınsa, “qrant xəyalları” quran media maqnatı, bu məsum qızcığaz... 

“Məsumluğun” dərəcəsini görürsünüz də? 

Şeyx Teymur imzası ilə Dərviş Məstəlişahsayağı alov püskürdən bu hikkəli xanım fərqində deyil ki, onun işlətdiyi media orqanları da elə məhz ona verilən imtiyazların hesabına ayaqdadır? O zaman kimi və niyə təhdid edir? Dönüb öz keşmişinə baxanda bu gününə şükr etməyən bir adama heç bir halda güvən olmaz, həmişə demişəm, bunlar hakimiyyətdən yararlanan, qazanan potensial müxaliflərdir, fürsət və məqam gözləyirlər. Amma niyyətləri heç vaxt gerçəkləşməz, gözlədikləri məqam onlarla birgə qocalacaq. 

Doğrudan da, səmimi deyirəm, tutaq ki, bu qrantı Aynur Camalqızına yox, başqasına verəndə nə olur ki?

Yoxsa Aynur Camalqızının “məşhur üzüyü”nün qaşı düşür?..


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top