Özəl

Deputat: "Əfv sərəncamı 20 ailəyə sevinc bəxş edib"

Deputat: Əfv sərəncamı 20 ailəyə sevinc bəxş edib

"Bu gün, sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb".

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

Deputat: Əfv sərəncamı 20 ailəyə sevinc bəxş edib

Onun sözlərinə görə, bu sərəncamın imzalanmasının əsas səbəbi ondan ibarətdir ki, Azərbaycan humanist dövlətdir və ilk növbədə humanizm prinsiplərindən çıxış edərək, eyni zamanda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin və Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərə baxaraq bu qərarı qəbul edib:

"Heç şübhəsiz ki, bu qərar qəbul edilərkən məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri, onların ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddətdə davranışları kimi amillər nəzərə alınıb. Bu məntiqlə artıq 20 nəfər azadlığa qovuşub və bununla da 20 ailəyə sevinc bəxş edilib. Həmin şəxslərə bir daha şans verilib ki, özlərini cəmiyyətə inteqrasiya etsinlər, qanuna zidd addımlar atmasınlar, ailələrinin yanında olsunlar və Azərbaycan dövlətinə ləyaqətlə xidmət etsinlər. Əsas məsələ budur ki, bu, bir şansdır".

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti hər zaman humanizm prinsiplərindən çıxış edərək belə sərəncamlar verir:

"Xüsusilə də ölkəmizin Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyeva parlamentdə olduğu dövrdə dəfələrlə amnistiya aktının qəbulu ilə bağlı təşəbbüslərlə çıxış edib və on minlərlə ailəyə sevinc bəxş edib. Bu hadisə cəmiyyətimizdə müsbət qarşılanıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan Prezidenti hər zaman insanları, vətəndaşları diqqətdə saxlayır, onların həyatda özlərini təsdiqləməsi üçün imkanlar yaradır, şans verir. Ümid edirik ki, azadlığa çıxan bu 20 nəfər də həmin imkanlardan faydalanacaq".

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev bir sıra məhkumların əfv edilməsi haqqında sərəncam imzalayıb. Əfv edilənlərin siyahısında Fransa xeyrinə casusluq etdiyinə görə 10 il müddətinə azadlıqdan məhrum edilmiş Fransa vətəndaşı Martin Rayanın da adı var. Rayan 2026-cı il martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum edilib, 2023-cü il dekabrın 4-də isə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub.

FH
Fidan Hacızadə
Müxbir