Qardaşı arvadını başqa kişi ilə gördü və sonra... — Azərbaycanda şok olay

KRİMİNAL 22 iyn 2022, 10:50
Abşeron rayonunda 1986-cı il təvəllüdlü İlqar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qardaşı arvadı İlhaməyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin aprelin 9-da baş verib. İlqar həmin gün qardaşı arvadını döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, İlhamə ilə eyni həyətdə ayrı-ayrı evlərdə yaşayırlar: “Əvvəllər İlhamə ilə bir neçə dəfə aramızda sözlə mübahisələr baş verib. Aprelin 9-da, saat 17.30-da yaşadığım küçədə İlhamənin harasa getdiyini və arxasınca tanımadığım bir nəfər şəxsin onu təqib etdiyini gördüm. İlhamənin həmin ərazidə hara getməsi məndə şübhə doğurduğu üçün onların arxasınca getdim. İlhamə yolu döndü, sonra arxasınca gedən şəxs də eyni istiqamətə getdi. Döngəyə çatan zaman İlhamə həmin şəxslə üzbəüz söhbət etdiklərini və sonra yan-yana getdiklərini gördüm. Onlara yaxınlaşdım və İlhaməyə “burda nə gəzirsən? Cəhənnəm ol get evə! Səninlə evdə danışacam!.” dedim. Sonra İlhamənin söhbət etdiyi şəxsin yaxasından tutdum, onu sorğu sual etdim. Həmin şəxs yalnız adının Əsgər olduğunu bildirdi, suallarıma cavab verməkdən yayındı. Həmin şəxs etdiyi hərəkətə görə məndən üzr istədi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra İlhamənin yaşadığı evə gəlib: “Evdə İlhaməyə yaşadığımızı küçədə yad şəxslə gəzişməsinə və söhbət etməsinə görə iradlarımı bildirdim. Onu danladım. Lakin İlhamə dediklərimə etiraz edərək mənim yalan danışdığımı dedi. Sonra səs-küy salmağa başladı. Həmin vaxt İlhaməni başına yumruq zərbəsi vurdim. Söhbətimi onun atası ilə edəcəyimi dedim. Bu zaman evdə olan anam aramıza girdi, məni evdən çıxartdı”.

İlqar deyib ki, bundan sonra qardaşı Elmara hadisə barədə məlumat verib: “Elmar da İlhamənin valideyinlərinə zəng edib və hadisəni onlara danışıb”. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən İlhamənin sözlərinə görə, hadisə baş verən günü, saat 17.30-da qaynanası ilə birlikdə evdə olan zaman gigyenik vasitə almaq üçün ondan icazə alıb və küçəyə çıxıb: “Mağazaya gedən zaman arxamca kiminsə gəldiyini hiss etdim. Bir neçə dəfə geriyə çevrildim. Həmin şəxsə baxsam da, gözüm zəif gördüyündən həmin şəxsin kim olduğunu görmədim. Həmin şəxs yanımdan keçdi, məndən bir neçə addım uzaqlaşan zaman qəfildən qaynım İlqar gəldi. Məndən evə getməyimi tələb etdi, sonra qarşıda gedən tanımadığım şəxsə yaxınlaşdı. Həmin şəxsin yaxasından tutdu və onu şəxsi sorğu sual etdi. Özüm isə oradan uzaqlaşdım və evə gəldim. Baş verənləri qaynanama danışdım. İlqarın nahaqdan məndən übhələndiyini bildirdim”. 

Zərərçəkmiş deyib ki, bir neçə dəqiqə sonra İlqar evə gəlib: “İlqar üzərimə hücum çəkdi. Məni əxlaqsızlıqda günahlandırdı. Yumruqla bir neçə dəfə başıma zərbələr vurdu. Həmin vaxt qaynanam bizi ayırdı. İlqarın dediklərinə etirazımı bildirdim. İlqar yenidən üzərimə hücum çəkdi. Yumruqla bir neçə dəfə başıma zərbələr vurdu”. 

Zərərçəkmiş şəxs ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmadığını deyib. 

Abşeron rayon Məhkəməsinin hökmü ilə İlqarın barəsində olan cinayət təqibinə xitam verilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top