Hər hansı rayon və ya yaşayış məntəqəsində oluramsa ilk növbədə o ərazidəki qədim maddi-mədəni irs nümunələrini və ya bu nümunələri özündə sərgiləyən muzeyləri ziyarət etməyi özümə bir ziyalı olaraq borc bilirləm.
Bu günlərdə Zirə qəsəbəsində olanda da məhz bu prinsipimə sadiq qalaraq özündə maddi-mədəni irsimizin zənginliyini daşıyan abidələri ziyarət etmək qərarına gəldim. Nəzərə alaq ki, Zirə kəndi Bakının ən qədim yaşayış məntəqələrindən hesab olunur. Qədim olduğu qədər də, zəngin olan kənd, həm də qədim adət- ənənələrini bu gün də qoruyub saxlamasıyla seçilir. Etiraf edim ki, kənd sakinlərinin bu gün müasirliklə yanaşı həm də qədim adət-ənənələrinin müəyyən çalarlarını ədəb-ərkanla qoruyub saxlaması məni çox təəccübləndirdi.
Zirə bələdiyyəsinin gənc və perspektivli sədri Anar Hüseynlinin müşaiyətiylə “El hamamını” və “Qələndəriyyə” xanəgahını ziyarət etdim. “El hamamı” haqqındakı bilgiləri isə bizə dəyərli rəssam Məzahir Rüstəmov təqdim etdi.
“El hamamı”nda 2017-ci ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə təmir-bərpa işləri aparılıb. İlk olaraq ərazi zibil tullantılarından təmizlənmiş, keçmiş sovet dövründə hamama bitişik inşa edilmiş otaqlar sökülmüş, sonra isə bina ilkin layihəyə uyğun tarixi görkəminə qaytarılmışdır. Bu gün abidənin qeyri-rəsmi baxıcısı rəssam Məzahir Rüstəmovun sayəsində hamamda yüzdən artıq eksponat, hamamın həyətində isə 10 artıq qədim daş alətlər sərgilənir. Hamamın girişində isə miniatür heykəl kompazisiyası düzəldilib.
Hər halda kəndin mərkəzində, avtobus marşrutlarının son dayanacağına yaxın bir yerdə, kəndin ən çox hərəkətli və qədim hissəsində belə bir monumental əsər hər kəsin diqqətini cəlb edir. Hamamı ziyarət etdikcə və burada sərgilənən dəyərli eksponatlara diqqətlə göz gəzdirdikcə kəndin qədim tarixə sahib olduğunu bir daha təsdiq etmiş olursan.
Bundan sonra isə “Qələndəriyyə xanəgahını” da ziyarət etdim. Hər addımda qədim tariximizin yatdığını, bir tərəfdən fəxr duysamda, digər tərəfdən ürək ağırısı ilə gördüyüm mənzərə məni narahat etməyə bilməzdi. İndisə narahatlıq yaradan bəzi məsələlərə bir qədər geniş toxunum.
“El hamam”ının tarixini qısa şəkildə vərəqlədikcə maraqlı bir vəziyyətlə üz-üzə qalırsan. Yəni hamamın tikilməsi bir mənbədə 1749, digərində 1757, başqa bir mənbə 1909-cu il göstərilir.
Üstəlik “Qələndəriyyə Xanəgahı” haqqında elmi mənbələrdə elə də dəqiq məlumatlara rast gəlinmir. Bu gün həm xanəgah, həm məzarlıq dövlət qedyiyyatına alınsa da, Mədəniyyət nazirliyi tərəfindən bununla bağlı ətrafda hər hansı məlumat lövhəsinin qoyulmaması təəssüf doğurur.
Görünən odur ki, istər “El hamamı”, istər “Qələndəriyyə xanəgahı”nda lazımı səviyyədə nə arxeoloji qazıntılar, nə də elmi araşdırmalar aparılıb. Bu gün qəsəbə statusunda olan Zirə kəndində bu addımların atılması deyərdim bütün zirəlilərin ürəyincə olardı.
Və ən vacib bir məqam isə yenə hamamla bağlıdır. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə təmir edilərək əvvəkli görkəminə qaytarılan hamamın rəsmi statusu 2017-ci ildən ötən beş il ərzində niyə havadan asılı vəziyyətdə qalıb? Niyə “gül kimi” görülən iş Mədəniyyət nazirliyi və Xəzər RİH tərəfindən davam etdirilməyib.
Nəzərə alaq ki, hazırda zirəli rəssam Məzahir Rüstəmovun fədakarlığı ilə hamamda toplanan 100-ə yaxın eksponat havalandırma olmadığından və o cümlədən müəyyən məqamların standarta cavab verməməsi ucbatından tədricən sıradan çıxmaq təhlükəsi üz-üzə qalıb. Məgər Mədəniyyət nazirliyi Zirə kəndinin qədim və zəngin tarixini, ölkəmizin maddi-mədəni irsinə verdiyi töhvələri nəzərə alıb “Zirə tarixinin muzeyini” təsis edə biməzdimi. Əlavə edim ki, yaxınlıqda möhtəşəm və tarixi köklərə söykənən məscidin inşası deyərdim ərazinin mənəvi çəkisini bir xeyli artırıb.
Bu günədək görülən işlərə heyran olduğum qədər, görülməyən işlərə də bir o qədər təəssüfləndim. Fikrimcə, ölkəmizdə təşəbbüsün yuxarıdan aşağıya doğru gəlməsi ənənəsi olduğunu nəzərə alsaq, demək Mədəniyyət nazirliyi bu təşəbbüsdə olmalı idi. Bu proseslərdə Xəzər RİH-nin müəyyən mənada passiv mövqedə dayanması da narahatlıq yaratmaya bilməz. “Zirə tarixinin muzeyini” yaratmaqla həm hamamı qoruya bilərik, həm hamamda indiyədək toplanmış kifayət qədər qiymətli eksponatların mühafizəsini təmin etmiş olarıq, həm də ən əsası maddi-mədəni irsimizi gələcək nəslə daşımış olarıq. Bu arada əlavə edim ki, Dövlət Turizm Ağentliyinin də üzərinə müəyyən məsuliyyət yükü düşür. Qurum istər turizm marşrutlarının yaradılmasıyla bağlı öz sözünü deməklə yanaşı, kəndin coğrafi baxımdan yerləşdiyi ərazinin əhəmiyyətini nəzərə alaraq hərəkətə keçib öz sözünü deməlidir. Unutmayaq ki, xəritəmizdə Azərbaycanın ən ucqar “Şah dili” deyilən burnu məhz bu ərazidə yerləşir.
Son olaraq onu da əlavə edim ki, görüləcək işlər böyük həcmdə maliyyə vəsaiti tələb etdiyindən onun icrası yalnız dövlət səviyəsində həyata keçirilməlidir.
Dostlar, gəlin unutmayaq ki, tariximizi özümüz yaşatmalı, qorumalı, təbliğ etməli və ən əsası gələcək nəslə olduğu çatdırmalıyıq.
Vüqar Tofiqli
Mövzu ilə bağlı fotolara bu linkdən istifadə etməklə baxa bilərsiniz:
http://belediyye.info/new/details/zire-kendinin-qedim-tarixini-nece-yasatmaliq-ciddi--7058.htm