Bayden xərçəng diaqnozundan sonra ilk dəfə çıxış etdi

DÜNYA 30 may 2025, 21:11

ABŞ-nin keçmiş prezidenti Co Bayden xərçəng diaqnozundan sonra ilk dəfə çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “The New York Post” (NYP) məlumat yayıb.

Bayden çıxışında demokratiyanı qorumağa çağırıb.

“Onlar bizdən Amerikanın nə olduğuna sadiq qalmağımızı xahiş edirlər. Bizdən öz işlərini görməyi tələb etmirlər. Bizdən öz işimizi görməyi - ölkəni, burada və indi, demokratiyanı müdafiə etməyimizi istəyirlər. Beləliklə, bu gün qəhrəmanlarımızı şərəfləndirmək vədimizi təzələyək”, - deyə keçmiş prezident döyüşdə həlak olan amerikalı əsgərlər haqqında danışıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top