
“Önəmli olan təyyarənin niyə vurulmasıdır”.
“Qafqazinfo” xəbər verir ki, Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Anil Çauhan ilk dəfə Pakistanın Hindistan təyyarəsini vurduğunu təsdiqləyib.
Onun sözlərinə görə, vurulan Hindistan təyyarəsinin idarəetməsində taktiki səhvlər olub:
“Yaxşı tərəfi odur ki, etdiyimiz taktiki səhvi anlaya bildik, düzəldə bildik, iki gün sonra onu yenidən həyata keçirə bildik və bütün təyyarələrimizi yenidən uzaqmənzilli hədəfləri vurmaq üçün uçura bildik”.
Xatırladaq ki, tərəflər arasında toqquşmalar aprelin 22-də Cammu və Kəşmirin Pahalqam rayonunda 26 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra başlayıb.