Şahzadə Harri anasının soyadını götürmək istəyir

DÜNYA 01 iyun 2025, 17:56
Şahzadə Harri Britaniya kral ailəsinin istifadə etdiyi "Mauntbetten-Vindzor" soyadından imtina edərək anası, şahzadə Diananın ailə soyadı olan "Spencer"i götürməyi düşünür. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Harri bu məsələni yaxın günlərdə Birləşmiş Krallığa səfəri zamanı anasının qardaşı Çarlz Spenserlə müzakirə edib. Sasseks hersoqu belə bir soyad dəyişikliyinin hüquqi baxımdan necə rəsmiləşdirilə biləcəyilə maraqlanıb - baxmayaraq ki, onun övladları Arçi və Lilibet artıq "Mauntbetten-Vindzor" soyadını daşıyırlar.

Bununla belə, nəşr bildirir ki, Çarlz Spenser bu addımı atmaqda tələsməməyi məsləhət görüb. Mənbələrin fikrincə, belə bir qərar Harri ilə atasının – kral III Çarlzın münasibətlərinə ciddi zərbə vura bilər. Həmçinin qeyd olunur ki, bu qədər şəxsi bir məsələnin ailədən kənarda müzakirə olunması şahzadə ilə kral ailəsi arasında dərin fikir ayrılıqlarının göstəricisidir.

Xatırladaq ki, may ayında verdiyi bir müsahibədə şahzadə Harri ailə üzvləri ilə münasibətləri yaxşılaşdırmaq istədiyini bildirib. Lakin o, arvadı və uşaqlarını Birləşmiş Krallığa gətirə bilmədiyini qeyd edib – səbəb isə dövlət mühafizəsinin olmamasıdır. Harri həmçinin atasının yaşını nəzərə alınaraq qarşıdurmanın davam etdirilməsinin mənasız olduğunu söyləyib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top