Kəlbəcərdə traktor minaya düşdü — Yaralı var

HADİSƏ 01 iyun 2025, 20:52

Kəlbəcərdə traktor minaya düşüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Susuzluq kəndi ərazisində qeydə alınıb. 

Kənd ərazisində traktorun minaya düşməsi zamanı partlayış olub. 

Nəticədə traktorun sürücüsü Kürdəmir sakini, 1989-cu il təvəllüdlü Rəşadət Əsədov xəsarət alaraq xəstəxanaya aparılıb. 

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top