Mingəçevirdə iki məktəblini maşın vurdu — FOTO

HADİSƏ 02 iyun 2025, 20:10

Mingəçevirdə yolu keçmək istəyən iki məktəblini maşın vurub.  

“Qafqazinfo”nun xəbərinə görə, yol nəqliyyat hadisəsi şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 

“KİA” markalı avtomobilin iştirakı ilə baş vermiş qəza zamanı 2008-ci il təvəllüdlü  Ədalət Nəzirli və onun həmyaşıdı Murad Məmmədli müxtəlif dərəcəli xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Qeyd edək ki, Ə.Nəzirli və M.Məmmədli 11-ci sinif şagirdləridir.

Faktla bağlı araşdırma aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top