Metroda elektron cüzdanla ödəniş mümkün olacaq — VİDEO

SOSİAL 04 iyun 2025, 08:46
İstər "Apple Pay", istər "Google Pay", istərsə də digər elektron pul kisələri sırasına metro ödənişləri də əlavə ediləcək.

Demokrat.az Xəzər TV-yə istinadən məlumat verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında fəaliyyət göstərən İctimai Şuranın üzvü Elvin Abbasov bildirib ki, bunun üçün ən məntiqli və arzuolunan yol ondan ibarətdir ki, şəhərdaxili nəqliyyatla məşğul olan qurumlar özlərini beynəlxalq ödəniş sistemlərinə inteqrasiya etməlidirlər. Bu sistemlərə "Google Pay", "Apple Pay" və digər oxşar platformalar daxildir.

Bu isə o deməkdir ki, vətəndaş heç bir xüsusi tətbiqi yükləməyə məcbur olmamalıdır. Onun telefonunda hansı ödəniş vasitəsi mövcuddursa, həmin vasitə ilə metroda, dəmir yolunda və ümumiyyətlə, Bakıdaxili nəqliyyatda rahatlıqla ödəniş edə bilməlidir.

Ətraflı süjetdə:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top