Bakıda bu ərazilərdə torpaq sahələrinin qiyməti 50 faiz artacaq — AÇIQLAMA

GÜNDƏM 05 iyun 2025, 21:38
“Ümumiyyətlə, Azərbaycanda elə ərazi olmayacaq ki, torpağın satış qiymətləri aşağı düşsün. Bütün ərazilərdə qiymətlər artacaq. Bakı şəhərinin baş planında 2040-cı  ilə uyğun olaraq yeni infrastruktur dəyişiklikləri baş verəcək alt mərkəzlər nəzərdə tutulub”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib.

“Yəni, şəhərin mərkəzi və mərkəzə yaxın yerlərdə deyil, ucqarlara doğru getdikcə qiymətlər artacaq.

Ələt və Hövsan ərazisində torpaq qiymətlərinin 50% bahalaşacağı gözlənilir. Nərimanov rayonu ərazisində sürətli tikintilər aparıldığı üçün torpaq tapmaq çətinləşib. Bu da qiymətlərin 20-25% artacağını deməyə imkan verir”.


Əfsanə Kamal
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top